...

Yanvar-fevral aylarında Azərbaycan neft koks istehsalını xeyli artırıb

Energetika Materials 17 Mart 2006 16:00 (UTC +04:00)

Heydər Əliyev adına neft emalı zavodu (keçmiş "Azneftyanacaq") yanvar-fevral aylarında 10,08 min ton neft koks istehsal edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 100% çoxdur. Bu barədə Trend ə AR DNŞ-dən məlumat verilib. 2005-ci ildə bu zavod qeyri-müntəzəm surətdə neft koks istehsal edib.

AR DNŞ-dən bildirilib ki, 2006-cı ilin yanvar-fevral aylarında proqnoz göstəricisindən 1,2% az neft koks istehsal olunub. 2005-ci ildə 11,63 min ton neft koks istehsal edilib ki, bu da həmin dövrə olan proqnoz göstəricisindən (30,6 min ton) 18,97 min ton və 2004-cü ilin analoji dövründən 14,26 min ton azdır.

Azərbaycanda istehsal olunan neft koksun əsas istehlakçıları Rusiyanın alüminium zavodlarıdır.

2006-cı ilin fevralında 3,58 min ton neft koks istehsal olunub ki, bu da həmin ay üçün nəzərdə tutulandan 1,52 min ton (29,8%) azdır.

Xəbər lenti

Xəbər lenti