...

2006-cı ildə AZENCO şirkəti 590 min elektrik sayğacı quraşdırıb

Energetika Materials 22 Yanvar 2007 15:28 (UTC +04:00)

AZENCO Azərbaycan şirkəti bu gün Azərbaycanda ən böyük tikinti-quraşdırma şirkətlərindən biridir. Trend xəbər verir ki, bu barədə "Azərenerji" SC-nin mətbuat xidmətinin məlumatında deyilir.

2006-cı ildə şirkət Astara, Şəki, Xaçmaz, Naxçıvan və Bakıda "Wartsila" Finlandiya şirkətinin istehsalı olan modul elektrik stansiyalarının tikintisində iştirak edib. Həmçinin şirkət Almaniyanın "Siemens" şirkətinin subpodratçısı qismində Sumqayıtda bütün MDB məkanında analoqu olmayan 517 MVt gücündə buxar-qaz qurğusunun tikintisində iştirak edir.

AZENCO İranın "Sunir" şirkəti ilə birgə ölkələr arasında enerji mübadiləsinin artırılmasını nəzərdə tutan İran və Azərbaycan sərhədində elektrik enerjisi güclüklərinin tikintisində iştirak edir. Bu layihədə şirkət İmişli - Pasabad (250 km), Alibayramlı - Salğən (65 km) elektrikötürcü xətlərinitn çəkiliməsində və 220 kV "Salyan" yarımstansiyasının tikintisində iştirak edir.

Şirkət Səngəçal neft terminalının genişləndirilməsi layihəsində də iştirak edir. Şirkət əsasən "Səngəçal" yarımstansiyasını genişləndirir- 220 kV, "Terminal" yarımsstansiyasının - 110 kV və bu iki obyekt arasında EÖX tikintisində iştirak edir.

2006-cı ildə AZENCO respublikanın "Azərenerji" tərəfindən idarə edilən 46 rayonunun paylayıcı şəbəkəsindən istifadə edən abunəçilər üçün 590 min sayğac quraşdırıb.

Xəbər lenti

Xəbər lenti