...

Uğurlu "yaşıl" keçid üçün işçi heyətinin təliminin vahid standartlar əsasında aparılması vacibdir – "Bureau Veritas"

Yaşıl iqtisadiyyat Materials 2 Oktyabr 2024 12:40 (UTC +04:00)
Uğurlu "yaşıl" keçid üçün işçi heyətinin təliminin vahid standartlar əsasında aparılması vacibdir – "Bureau Veritas"
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Uğurlu "yaşıl" keçid üçün işçi heyətinin təliminin vahid standartlar əsasında aparılması vacibdir.

Trend xəbər verir ki, bu barədə “Bureau Veritas” şirkətinin Yaxın Şərq, Xəzər regionu və Afrika üzrə strateji, satış və marketinq kommunikasiya üzrə vitse-prezidenti Nahla Abid Bakı İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsində keçirilən beynəlxalq konfransın 3-cü günündə "Neft-qaz sektorunda ədalətli keçidin təmin olunması" adlı panel müzakirəsində deyib.

"Qeyd edilməli olan mühüm məqam işçilərin ixtisaslarının artırılmasıdır. İnsanların bir sektordan digərinə köçürülməsi, bacarıq və biliklərini yeni tələblərə uyğunlaşdıraraq tətbiq etmələri vacibdir. Lakin belə bir hərəkətliliyi necə təmin etmək olar? Yeni standartların tələblərini təqdim olunan təlimlə əlaqələndirəcək standart sistem və metodoloji bazaya ehtiyac var.

Məsələn, beynəlxalq ISO standartlarını nəzərdən keçirə bilərik. Hazırda emissiyaların azaldılması haqqında danışırıq. Lakin gələcəyə nəzər saldığımız zaman bu yolun hansı mərhələdən başladığını nəzərə almaq vacibdir. Niyə bərpa olunan enerji mənbələrindən istifadə etməyə çalışırıq? Çünki emissiyaları azaltmaq istəyirik.

Lakin bunun üçün ilkin nöqtəni müəyyən etmək lazımdır: cari emissiyalar hansılardır? Onları eyni şəkildə qiymətləndirmək üçün, məsələn, Azərbaycanda, Səudiyyə Ərəbistanında, Cənubi Afrikada və ya Avropada, beynəlxalq standartlara, məsələn, ISO 14064 və ya ISO 14044-ə istinad etmək lazımdır. Bu standartlar emissiyaların vahid şəkildə hesablanmasına kömək edir. Buna görə də işçi heyətinin təliminin vahid standartlar əsasında aparılması vacibdir. Bu, Azərbaycanda, Avropada və ya Afrikada eyni işi icra edən şəxsin eyni bilik və ixtisasa sahib olmasını təmin edir", - o əlavə edib.

Onun sözlərinə görə, ədalətli keçid müzakirə edilərkən sektorlardakı işçilərin bilik və bacarıq səviyyəsinin sənaye tələblərinə uyğun olduğuna əmin olmaq vacibdir.

"Bu isə, öz növbəsində, sektoru investorlar üçün daha cəlbedici edir. Hidrogen ilə bağlı layihələrdən danışdıqda, hazırda bu sahədə yeni layihələrin müzakirələri aparılır. Lakin bunlardan yalnız bir neçəsi maliyyə tamamlama mərhələsinə çatır. Niyə? Çünki inkişaf etdiricilər standartların olmaması ilə qarşılaşırlar.

Standartlaşmanın yetərsizliyinə görə banklar investisiya qoymağa hazır deyilsə, layihə necə həyata keçirilə bilər? Standartların olması, işçi heyətinin düzgün bacarıqlara sahib olmasını təmin etmək və layihənin təhlükəsiz, minimum risklərlə və cəmiyyət üçün heç bir mənfi təsirsiz həyata keçirilməsini təmin etmək üçün vacibdir", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti