...

Azərbaycan HD-kontentin yayımı üçün infrastruktur hazırlayır

Telekommunikasiya Materials 4 Aprel 2012 19:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi (İB) Bakı teleqülləsinin anten-fider sisteminin modernləşdirilməsi üzrə iş aparır. Bu barədə çərşənbə günü Trend-ə İB-dən bildiriblər.

"Bu istiqamətdə, habelə Gəncədə zəruri texniki avadanlıqların instalyasiyası üzrə işlərin ayın sonunadək başa çatdırılması planlaşdırılır", - İB-dən qeyd ediblər.

Xətt İctimai Televiziyanın (İTV) ofisi və Gəncədəki telestansiya istiqamətində uzanacaq.

İşlər Bakı və Frankfurt arasında yüksək dəqiqlik formatında (HD TV- High Definition TV) yayımın, habelə Trans-Asiya-Avropa kabel magistralı infarstrukturu üzərindən rəqəmsal televiziya yayımının təşkilini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti