...

Nazir: Əfqanıstanın İKT bazarı Azərbaycan şirkətlərinin iştirakında maraqlıdır

Telekommunikasiya Materials 12 İyun 2013 16:15 (UTC +04:00)
Əfqanıstan Azərbaycanın İT şirkətlərinin öz informasiya-kommunikasiya texnologiyaları bazarında iştirakında maraqlıdır.
Nazir: Əfqanıstanın İKT bazarı Azərbaycan şirkətlərinin iştirakında maraqlıdır

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir H.Əliyev/

Əfqanıstan Azərbaycanın İT şirkətlərinin öz informasiya-kommunikasiya texnologiyaları (İKT) bazarında iştirakında maraqlıdır. Trend-in məlumatına görə, bu barədə Bakıda keçirilən brifinqdə Əfqanıstanın rabitə və informasiya texnologiyaları naziri Əmirzai Sangin bildirib.

Sangin deyib: "Ola bilsin ki, azərbaycanlı sahibkarlarda belə bir təəssürat yaranıb ki, müharibə vəziyyətinin hələ də qaldığı ölkədə biznesin qurulması qəbuledilməzdir. Biz bu gün işlərin real vəziyyəti barədə məlumat vermək üçün buradayıq".

Onun sözlərinə görə, Əfqanıstan investorlara təqdim oluna biləcək böyük imkanlara malikdir.

Əfqanıstanda proqram təminatının yaradılması, o cümlədən onun inteqrasiyası ilə məşğul olan yerli şirkətlər fəaliyyət göstərir.

Nazirin sözlərinə görə, hazırda Əfqanıstan telekommunikasiya bazarında 5 mobil operator, 40 internet-servis-provayder və İKT bazarında fəaliyyət göstərən təxminən 100-ə yaxın kiçik müəssisə var. Həmçinin bazarda Türkiyə, İran, Hindistan, BƏƏ və digər ölkələrdən olan böyük şirkətlər fəaliyyət göstərir.

Telekommunikasiya şirkətləri tərəfindən Əfqanıstan iqtisadiyyatına yatırılan sərmayələrin ümumi həcmi 2 milyard dollara çatır.

Nazir bildirib: "Biz onlar arasında Azərbaycan şirkətlərini də görmək istəyirik. Xüsusilə, bizə elektron xəritə yaradıcısı olan "GoMap" şirkətinin təcrübəsi maraqlıdır. O, Əfqanıstanın lokal xəritəsinin yaradılmasında platforma kimi istifadə edilə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti