...

Fransa peyki ilk çəkilişləri Azərbaycana verib

Telekommunikasiya Materials 8 İyul 2014 15:19 (UTC +04:00)
Fransanın "Airbus Defence and Space" şirkəti "Azərkosmos" ASC ilə birgə buraxılan SPOT-7 peykindən alınan ilk çəkilişləri dərc edib.
Fransa peyki ilk çəkilişləri Azərbaycana verib

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir Hüseyn Vəliyev/

Fransanın "Airbus Defence and Space" şirkəti "Azərkosmos" ASC ilə birgə buraxılan SPOT-7 peykindən alınan ilk çəkilişləri dərc edib. Bu barədə Trend şirkətin məlumatına istinadən xəbər verir.

Çəkilişlər peykin orbitə buraxıldığı andan üç gün sonra alınıb. Həmin təsvirlər "Spot 7" peykinin potensialını göstərərək təbii ehtiyatların əks etdirilməsi, şəhər zonalarının kartoqrafiyası və aqroekoloji monitorinq baxımından Yer səthinin müxtəlifliyini nümayiş etdirir.

Şəkillərdə Azərbaycan, Fransa, ABŞ, Avstraliya, Səudiyyə Ərəbistanı, Tanzaniya və digər ölkələrin əraziləri əks olunub.

Hazırda "Azərkosmos" ASC ilə peykin məlumatlarının idarə edilməsinin ötürülməsi haqqında danışıqlar gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti