...

Azərbaycan ərazinin fotoşəklini çəkmək üçün peykdən istifadə edəcək

Telekommunikasiya Materials 2 Dekabr 2014 15:18 (UTC +04:00)
"Azərkosmos" ASC və Fransanın "Airbus Defence and Space" şirkəti SPOT-7 (AzerSky) aşağıorbitli peykin idarəçiliyinin təhvil verilməsi barədə sənəd imzalayıblar.
Azərbaycan ərazinin fotoşəklini çəkmək üçün peykdən istifadə edəcək

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir Hüseyn Vəliyev/

"Azərkosmos" ASC və Fransanın "Airbus Defence and Space" şirkəti SPOT-7 (AzerSky) aşağıorbitli peykin idarəçiliyinin təhvil verilməsi barədə sənəd imzalayıblar. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Onun sözlərinə görə, məsafədən zondlama üçün nəzərdə tutulmuş peyk ərazinin fotoşəklinin çəkilməsi üçün istifadə oluna bilər: "Məsələn, fövqəladə hallar zamanı, ekoloji problemlərin həll edilməsi üçün kənd təsərrüfatında, kartoqrafiya üçün və s. istifadə oluna bilər".

Nazir qeyd edib ki, Azərbaycan belə peyki orbitə buraxmış 20-ci ölkədir: "Hazırda orbitdə bu cür peyklərin sayı təqribən 50 ədəddir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti