...

"Azerspace-1" peyki üzərindən yayımlanan bəzi kanalların yayım tezlikləri dəyişilib

Telekommunikasiya Materials 7 Aprel 2015 16:55 (UTC +04:00)
"Azerspace-1" peyki üzərindən yayımlanan bəzi kanalların yayım tezlikləri dəyişdirilib. Bu barədə Trend-ə “Azərkosmos” ASC-dən məlumat verilib.
"Azerspace-1" peyki üzərindən yayımlanan bəzi kanalların yayım tezlikləri dəyişilib

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir Hüseyn Vəliyev/

"Azerspace-1" peyki üzərindən yayımlanan bəzi kanalların yayım tezlikləri dəyişdirilib. Bu barədə Trend-ə "Azərkosmos" ASC-dən məlumat verilib.

Qafqazın ilk peyk operatoru olan "Azərkosmos" ASC tərəfindən idarə olunan "Azerspace-1" peyki üzərindən yayımlanan TRT Avaz, 2x2, Semerkand, Cine5, TRT1, Samanyolu, TMB, Fox kanallarının yayımı yaxın günlərdə dayandırılacaq.

Eyni zamanda, bəzi kanalların yayım keyfiyyətinin artırılması məqsədilə yayım tezlikləri dəyişdirilib. Bununla əlaqədar olaraq, THT, S Haber 11134 Mhz: S/R-27500: Pol - H tezliyində, InterAz kanalı isə artıq 11169 Mhz: S/R-27500: Pol - H tezliyində yayımlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti