Azərbaycan, Bakı, 1 iyul /Trend/
Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos" ASC və Türkiyənin Zonquldak vilayətinin rəsmi telekanalı olan Kanal Z arasında müqavilə imzalanıb. Bu barədə Trend ASC-dən məlumat verilib.
Müqaviləyə əsasən, Kanal Z "Azerspace-1" peyki üzərindən yayıma başlayıb.
Qeyd edək ki, Türkiyənin digər region kanalları da artıq "Azerspace-1" peykinə maraq göstərir və bu kanallarla yayıma dair müqavilələrin imzalanması üçün danışıqlar aparılır.
Kanal Z kanalı 1 may 2015-ci il tarixindən etibarən 11015/H/30000 tezliyi ilə yayımlanır.