...

Azərbaycan mobil abunəçilərin sayına görə ümumdünya orta göstəricini 17 faiz üstələyir

Telekommunikasiya Materials 16 İyul 2015 12:20 (UTC +04:00)
Azərbaycan mobil abunəçilərin sayına görə ümumdünya orta göstəricini 17 faiz üstələyir.
Azərbaycan mobil abunəçilərin sayına görə ümumdünya orta göstəricini 17 faiz üstələyir

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycan mobil abunəçilərin sayına görə ümumdünya orta göstəricini 17 faiz üstələyir. Bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) 2015-ci ilin 6 ayının yekunları ilə bağlı keçirlən kollegiya iclası zamanı Mərkəzi Aparatın rəhbəri Vidadi Zeynalov məruzəsində deyib. Trend bu barədə nazirliyin saytında yayılan məlumata istinadən xəbər verir.

V.Zeynalov bildirib ki, hesabat dövründə sektorun inkişafı istiqamətində görülən işlər öz bəhrəsini verib: "Sektorun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz artıb. Sektorda əldə olunan gəlirlərin təxminən 80 faizi isə özəl sektorun payına düşüb".

O qeyd edib ki, hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 112-yə bərabərdir: "Eyni zamanda Azərbaycan 100 nəfərə düşən sabit telefon abunəçilərinin sayına görə ümumdünya orta göstəricisini 22,7 faiz, mobil abunəçilərin sayına görə isə 17 faiz üstələyr".

V.Zeynalov məruzəsində bildirib ki, hesabat dövründə kosmik layihələrin icrası, Azərbaycanda yüksək reytinqli Data Mərkəzin yaradılması, "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin fəaliyyətinin təşkili və digər yeni istiqamətlər üzrə işlər də davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti