...

"Azerspace-2" üçün podratçının müəyyənləşəcəyi vaxt açıqlandı

Telekommunikasiya Materials 29 İyul 2015 03:01 (UTC +04:00)
Azərbaycanın ikinci telekommunikasiya peyki "Azerspace-2"-nin tikintisi üzrə tenderin qalibi 2015-ci ilin III rübündə müəyyənləşəcək.
"Azerspace-2" üçün podratçının müəyyənləşəcəyi vaxt açıqlandı

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın ikinci telekommunikasiya peyki "Azerspace-2"-nin tikintisi üzrə tenderin qalibi 2015-ci ilin III rübündə müəyyənləşəcək. Bunu Trend-ə "Azərkosmos" ASC-dən deyiblər.

Hazırda tender iştirakçılarının təklifləri qiymətləndirilir, bundan sonra müvaqilənin imzalanması nəzərdə tutulur.

Peykin tikintisi və yerüstü idarəetmə mərkəzi üçün avadanlığın tədarükü üzrə tenderdə ABŞ ("Orbital" və "Space Systems Loral"), Çin ("China Great Wall Industry Corporation") və Fransa ("Airbus Defence and Space") iştirak edirlər.

Avadanlığın yerüstü stansiyaya instalyasiyası üzrə işlər 2017-ci ildən gec başa çatmamalıdır, hazır peyk 2017-ci ilin sonunadək kosmodrama çatdırılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti