...

Afrikanın televiziya kanalı Azərbaycan peyki vasitəsilə yayımlanır

Telekommunikasiya Materials 12 Avqust 2015 23:22 (UTC +04:00)
Afrikanın “Gotel Africa” televiziya kanalı Azərbaycanın “Azerspace-1” peyki vasitəsilə yayımlanmağa başlayıb.
Afrikanın televiziya kanalı Azərbaycan peyki vasitəsilə yayımlanır

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir Hüseyn Vəliyev/

Afrikanın "Gotel Africa" televiziya kanalı Azərbaycanın "Azerspace-1" peyki vasitəsilə yayımlanmağa başlayıb. Bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

"Gotel Africa" Afrika qitəsində baş verən hadisələri yayımlayan ilk multimedia kanalıdır. Hazırda Nigeriyanın paytaxtı Abuca şəhərində telekanalın rəqəmsal media mərkəzinin tikintisi başa çatdırılır.

Azərbaycan peyki ilə yayımlanan xarici televiziya və radiokanalların sayı 140-ı ötüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti