...

Azərbaycanda təhsil sisteminin vahid məlumat bazası yaradılacaq

Telekommunikasiya Materials 17 May 2016 12:52 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ölkənin bütün təhsil sistemi üçün yeni məlumat bazasının tətbiq edilməsinə başlayır.
Azərbaycanda təhsil sisteminin vahid məlumat bazası yaradılacaq

Bakı. Trend:

Azərbaycan Təhsil Nazirliyi ölkənin bütün təhsil sistemi üçün yeni məlumat bazasının tətbiq edilməsinə başlayır. Trend-in məlumatına görə, bunu jurnalistlərə Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, yeni tədris ilindən etibarən ölkənin bütün təhsil sistemi üzrə sənəd dövriyyəsi və informasiya yeni sistemin bazasında generasiya olunacaq.

C.Bayramov qeyd edib ki, hazırda Azərbaycanda hər 18 şagirdə bir kompüter düşür ki, bu da orta təhsil müəssisələrində İKT-nin tətbiqinin göstəricilərindən biri sayılır: "Bir sıra digər istiqamətlər var ki, Təhsil Nazirliyi onların hər biri üzrə sistemli iş aparır. Bundan başqa, vahid təhsil şəbəkəsinə qoşulan məktəblərin sayı ildən-ilə artır. Məktəblər onun vasitəsilə internetə və internet şəbəkələrə giriş əldə edirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti