...

Ailə TV-də yeni kanal

Telekommunikasiya Materials 24 Oktyabr 2016 15:48
Ailə TV Rəqəmsal yayım baza paketinə yeni TV kanal əlavə olunub.
Ailə TV-də yeni kanal

Trend-i buradan izləyin

Bakı. Trend:

Ailə TV Rəqəmsal yayım baza paketinə yeni TV kanal əlavə olunub.

"Caspian Telecom"un mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, indi ARB Günəş TV kanalını Ailə TV-nin bütün rəqəmsal yayım abunəçiləri izləyə bilərlər.

Uşaqların sevimli yerli TV kanalı olan ARB Günəş-i əlavə etməklə Ailə TV Rəqəmsal yayımda uşaq TV kanallarının sayını 10-a çatdırıb.

Ümumilikdə isə Ailə TV rəqəmsal baza paketində 10 HD olan 110 TV kanal baxımlı yayımlanır. Paketə aylıq abunə 10 AZN təşkil edir. Eləcə də abunəçilər öz istəkləri ilə əlavə 75-dək TV kanal da seçə bilərlər.

Qeyd edək ki, rəqəmsal yayımın analoq yayımdan əsas fərqi daha keyfiyyətli görüntü ilə çoxlu sayda TV kanal izləmək imkanının olmasıdır.

Rəqəmsal yayıma keçidi sürətləndirmək məqsədilə Ailə TV mütəmadi olaraq həvəsləndirici kampaniyalar keçirir.

Hal-hazırda cəmi 10 ayın abunə haqqını öncədən ödəməklə tam 1 il rəqəmsal yayımda 100-dən çox TV kanal izləmək mümkündür. Üstəlik rəqəmsal yayıma keçid üçün tələb olunan CAM Modul cihazı da bu halda abunəçiyə hədiyyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti