Bakı. Hüseyn Vəliyev - Trend:
Azərbaycanın "Azerspace-2/Intelsat-38" ikinci geostasionar peykinin hazırlanması üzrə işlər 90 faiz yekunlaşıb.
Bu barədə Trend-ə Azərbaycanın peyk rabitəsi bazarındakı mənbə bildirib.
Hazırlanma işlərinin 2018-ci ilin yanvarında başa çatdırılması planlaşdırılır. Peykin gələn ilin birinci yarısında buraxılması nəzərdə tutulur.
Peykin orbitə çıxarılması ilə Fransanın "Arianespace" şirkəti məşğul olacaq. Bundan əvvəl "Azerspace/Africasat-1a" ilk peykinin buraxılışını da həmin şirkət həyata keçirmişdi.
"Azerspace-2/Intelsat-38" geostasionar orbitdə 45 dərəcə şərq uzunluğunda yerləşdiriləcək. Onun xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.