Bakı. Hüseyn Vəliyev - Trend:
Azərbaycanın "Azerspace-2" ikinci telekommunikasiya peykinin inşası müəyyən edilmiş plana uyğun aparılır.
Trend-in məlumatına görə, bunu Amerika Ticarət Palatasının (AmCham) növbəti yığıncağında nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.
Nazir qeyd edib ki, peykin buraxılışı 2018-ci ilin ortalarına planlaşdırılır.