Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə daxil olan Azerpocht DM Dünya Bankı ilə gerçəkləşdirilən "Maliyyə xidmətlərinin inkişafı" layihəsi çərçivəsində lokal şəbəkə yaradacaq.
Trend in Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verdiyi kimi, 2007-ci ildə Azərbaycanın poçt şöbələrində bank-maliyyə xidmətləri göstəriləcək. Bunun üçün DM Milli Bankdan Azerpocht-u müvafiq milli sistemə daxil edəcək lisenziya almalıdır.
Əvvəlcə əlavə serverlər Bakı və Sumqayıtın mərkəzi poçt şöbələrində, daha sonra isə regionlarda quraşdırılacaq. Poçt şöbələrində POS terminallar və bankomatlar da quraşdırılacaq.
Layihənin gerçəkləşdirilməsi nəticəsində 1000 yeni iş yerinin açılması planlaşdırılır.
Layihə 2005-2008-ci illərdə Azərbaycanda rabitə və telekommunikasiya sisteminin inkişafı üzrə dövlət proqramı çərçivəsində gerçəkləşdirilir. 3 illik layihənin dəyəri $17,5 mln təşkil edir. Bunun $12,25 mln-u DB, yerdə qalan hissə isə Azərbaycan hökumətinin payına düşür.