...

Azərbaycanın "KÜR" zavodu fotoköşklərin istehsalına başlayıb

Telekommunikasiya Materials 3 May 2007 18:02 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/ Azərbaycanda kompüter istehsal edən yeganə zavod olan "KÜR" foto və informasiya köşklərinin istehsalına başlayıb. Bu barədə müəssisə rəhbəri Rizvan Osmanov məlumat verib.

Onun sözlərinə görə, onların bir hissəsi artıq dövlət və özəl müəssisələrə satılıb.

Fotoköşklər zahiri görünüşcə bankomatlara bənzəyir, lakin onların başqa funksiyaları var: fotoşəkillərin çapı, diskə yazılması və hətta lazımi şəkillərin mobil telefonlara ötürülməsi.

Müəssisə alıcılarda tələbatın olmaması səbəbindən rəqəmsal teleyayım üçün dekoderlərin istehsalını dayandırıb, deyə Osmanov məlumat verib.

"KÜR"ün investisiyaları artıq təxminən 1,5 mln. dollar təşkil edib.

"KÜR" - birgə müəssisədir. Birgə müəssisədə böyük pay Rabitə Nazirliyi və Azərbaycanın "Sinam" şirkətinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti