...

Teleradio Şurası "Lənkəran TV"-nin yayımının dayandırılması barədə qərar çıxarıb

Telekommunikasiya Materials 6 İyun 2007 18:08 (UTC +04:00)
Teleradio Şurası "Lənkəran TV"-nin yayımının dayandırılması barədə qərar çıxarıb

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/Azərbaycanın Milli Televiziya və Radio Şurası (MTRŞ) çərşənbə günü keçirdiyi iclasında "Lənkəran TV"-nin yayımının dayandırılmasına dair qərar qəbul edilib. Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli Trend ə bildirib ki, belə bir qərarın çıxarılmasına səbəb telekanalın təsisçilik hüququnun 30%-nin Lənkəran İcra Hakimiyyətinə, 70%-nin isə telekanalın kollektivinə məxsus olmasıdır. Onun sözlərinə görə, "Televiziya və radio yayımı haqqında" qanunda telekanalın dövlət tərəfindən maliyyələşdirilməsi qadağan olunduğundan "Lənkəran TV"-nin lisenziya müddəti uzadılmayıb.

"Biz onlara bununla bağlı dəfələrlə xəbərdarlıq etmişik, lakin bu xəbərdarlıqlara əməl olunmayıb. Ona görə də telekanalın yayımının dayandırılmasına dair qərar çıxarılıb"- deyə Məhərrəmli əlavə edib.

Məhərrəmli bildirib ki, "Lənkəran TV"-nin yayımı iyunun 18-də dayandırılacaq və həmin tezlikdə telekanalın yayımı üçün tender elan olunacaq.

Xəbər lenti

Xəbər lenti