...

Dövlət Sosial Müdafiə Fondu tender elan edib

Tender müsabiqələri Materials 21 Avqust 2013 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir E. Əliyev/

Dövlət Sosial Müdafiə Fondu (DSMF) mebellərin satınalınması ilə bağlı tender elan edib. Trend-in məlumatına görə, bu barədə fondun "Respublika" qəzetində dərc olunan məlumatında bildirilir.

Məlumatda bildirilir ki, tenderdə iştirak haqqı 150 manat təşkil edir. Tender proseduru keçirildiyi tarixdən ən azı 30 bank günü qüvvədə olan tender təklifləri, tender təklifinin iki faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla) ilə birlikdə 27 sentyabr 2013-cü il tarxindən gec olmayaraq DSMF-yə təqdim edilməlidir.

Tender təkliflərinin açılışı 1 oktyabr 2013-cü il saat 12:00-da DSMF Aparatında açılacaq.

Tenderlə bağlı əlavə məlumat əldə etmək üçün aşağıdakı ünvana müraciət etmək olar:

Ünvan: Bakı şəhəri, H,Zərdabi prospekti, 80

Tel: +99412 530 2903.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti