...

"Azerspace-2" peyki ilə bağlı açıq tender üzrə təklif zərfləri açıldı

Tender müsabiqələri Materials 23 Aprel 2015 17:45 (UTC +04:00)
Bu gün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Azərbaycan Respublikasının ikinci telekommunikasiya peyki olan Azerspace-2 peykinin və əlaqədar yerüstü avadanlıqların satın alınması”na dair “Azərkosmos” ASC tərəfindən elan edilmiş açıq tender üzrə iddiaçıların təklif zərfləri açılıb.
"Azerspace-2" peyki ilə bağlı açıq tender üzrə təklif zərfləri açıldı

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Bu gün "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq "Azərbaycan Respublikasının ikinci telekommunikasiya peyki olan "Azerspace-2" peykinin və əlaqədar yerüstü avadanlıqların satın alınması"na dair "Azərkosmos" ASC tərəfindən elan edilmiş açıq tender üzrə iddiaçıların təklif zərfləri açılıb.

ASC-dən Trend-ə verilən məlumata görə, açıq tender prosesi çərçivəsində təklif vermiş şirkətlər sırasına ABŞ-ın "Orbital ATK" və "Space Systems Loral", Çinin "China Great WallIndustry Corporation" və Fransanın "Airbus Defence and Space" şirkətləri daxildir. Bu ilin ortasınadək tender üzrə qalib şirkətin seçilməsi planlaşdırılır.

Qeyd edək ki, Azerspace-2-nin orbitə çıxarılması 2017-ci ilə planlaşdırılıb. Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrikanı (Sahara səhrasından cənubda yerləşən Afrika ölkələri) əhatə edəcək. Azerspace-2 regionda DTH, hökumət təşkilatları və şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək. Yeni peyk həm də birinci telekommunikasiya peyki olan Azerspace-1-in orbitdəki ehtiyatı olacaq və Azərkosmosa müştərilərə daha etibarlı xidmət göstərmək imkanı verəcək. Həmçinin, Azerspace-2 sayəsində şirkətin əhatə zonası genişlənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti