...

Deputatdan təklif: Bütün qapalı məkanlarda qadağan olunsun

Nəzər nöqtəsi Materials 27 Oktyabr 2016 07:43 (UTC +04:00)
Milli Məclisin deputatı Musa Quliyev Azərbaycanda bütün qapalı məkanlarda siqaret çəkməyin qadağan edilməsini təklif edir.
Deputatdan təklif: Bütün qapalı məkanlarda qadağan olunsun

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin deputatı Musa Quliyev Azərbaycanda bütün qapalı məkanlarda siqaret çəkməyin qadağan edilməsini təklif edir.

M.Quliyev Trend-ə bildirib ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsi tərəfindən hazırlanan “Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun lahiyəsində fərdi iş otaqları və yaxud da xüsusi ayrılmış qapalı yerlərdə siqaret çəkilməsinə icazə verilir: “Mən isə hesab edirəm ki, əgər biz siqaretlə mübarizə aparırıqsa, tam mübarizə aparmalıyıq. Tam mübarizə aparmaq üçün biz Avropa ölkələrinin, o cümlədən Türkiyənin modelini əsas götürməliyik ki, istisnasız olaraq bütün qapalı məkanlarda siqaret çəkilməsi qadağan olunmalıdır. Təhsil müəssisələrinin, uşaq baxçalarının isə hətta həyətində də siqaret çəkilməsi qadağan olunmalıdır”.

M.Quliyev bildirib ki, digər məsələ siqaret əleyhinə təbliğatla bağlıdır: “Televiziyalarda, radio verilişlərində siqaretin zərəri barəsində sosial reklamlar yerləşdirilməlidir. Ayda 90 dəqiqədən az olmamaq şərti ilə bütün televiziya kanalları siqaret əleyhinə maarifləndirici verilişlər verməlidir və o verilişlərin ən azı yarısı günün ən çox baxılan vaxtlarına düşməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti