...

Bəlkə də Aİ-yə üzv olmaq istəmədik – Türkiyə Prezidenti

Dünya xəbərləri Materials 7 Oktyabr 2009 14:54 (UTC +04:00)
Türkiyə Prezidenti Abdullah Gül Fransaya səfəri zamanı keçirdiyi mətbuat konfransında gələcəkdə Türkiyənin bəlkə də Avropa İttifaqına üzv olmaqdan imtina edəcəyini bildirib.
Bəlkə də Aİ-yə üzv olmaq istəmədik – Türkiyə Prezidenti

Türkiyə Prezidenti Abdullah Gül Fransaya səfəri zamanı keçirdiyi mətbuat konfransında gələcəkdə Türkiyənin bəlkə də Avropa İttifaqına üzv olmaqdan imtina edəcəyini bildirib. Bu haqda Türkiyənin İHLAS xəbər agentliyi məlumat verib.

"Bəlkə də gələcəkdə Türkiyə Aİ-yə üzv olmaq istəməyəcək, Norveçin yolu ilə gedəcək", - deyə Gül bildirib.

Trend NEWS-un arayışı : Türkiyə ilə Aİ arasındakı əlaqələr və əməkdaşlıq 1964-cü ildə imzalanmış Ankara müqaviləsi ilə başlayıb. Müqavilənin imzalanmasından sonra Türkiyə-Aİ əlaqələrində zaman-zaman durğunluq olsa da, razılaşma öz statusunu qoruyub saxlayıb. Əslində, Türkiyə və Aİ-nin bugünkü yaxınlaşmaları tarixi bir fürsət kimi dəyərləndirilməlidir.

Norveçin Aİ-yə üzvlüyü ilə bağlı müzakirələr bitdikdən sonra Norveç vətəndaşları ölkələrinin bu quruma üzv olmasının əleyhinə olduqlarını bildirmişdilər və nəticədə Norveç Avropa standartlarına uyğun olmasına baxmayaraq, qurumda üzvlükdən imtina etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti