...

Gürcüstanda yerli seçkilərin gedişi ölkədəki inkişafdan xəbər verir – ABŞ Konqresinin alt komitəsi

Dünya xəbərləri Materials 15 İyun 2010 13:24 (UTC +04:00)
Gürcüstanda mayın 30-da keçirilən yerli seçkilər ölkədə əldə olunan inkişafdan xəbər verir. Bu barədə ABŞ Konqresinin Gürcüstan məsələləri üzrə alt komitəsinin məktubunda deyilir.
Gürcüstanda yerli seçkilərin gedişi ölkədəki inkişafdan xəbər verir – ABŞ Konqresinin alt komitəsi

Gürcüstan, Tbilisi, 15 iyun /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanda mayın 30-da keçirilən yerli seçkilər ölkədə əldə olunan inkişafdan xəbər verir. Bu barədə ABŞ Konqresinin Gürcüstan məsələləri üzrə alt komitəsinin məktubunda deyilir.

ABŞ konqresmenlərinin ünvanladığı məktubda konqresmen Elison Şvarsın başçılığı ilə alt komitə üzvlərinin Gürcüstanda keçirilən seçkilərlə bağlı fikrləri öz əksini tapıb, - Gürcüstan Parlamentinin mətbuat xidməti məlumat yayıb.

"Gürcüstandakı seçkilər bütün beynəlxalq standartlara uyğun keçirilib", - məkubda qeyd olunub.

"Seçkilər mütəşəkkil, peşəkar və şəffaf şəkildə keçirilib. Biz MSK-nın seçkilərin təşkil edilməsi və öz işində şəffaflığa nail olması üzrə gördüyü işdən, həmçinin problemləri vaxtında həll etməsinə hazır olmasından razıyıq", - ABŞ Konqresinin alt komitəsinin məktubunda vurğulanıb.

Xəbər lenti

Xəbər lenti