...

ABŞ həbsdəki iranlıları azadlığa buraxmalıdır - İran XİN rəsmisi

Dünya xəbərləri Materials 21 Sentyabr 2010 13:10 (UTC +04:00)
İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib ki, ABŞ İranın amerikalı Sara Şordu azadlığa buraxmasını nəzərə almalı və ABŞ-da həbsdə olan iranlıları azadlığa buraxmalıdır.
ABŞ həbsdəki iranlıları azadlığa buraxmalıdır - İran XİN rəsmisi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib ki, ABŞ İranın amerikalı Sara Şordu azadlığa buraxmasını nəzərə almalı və ABŞ-da həbsdə olan iranlıları azadlığa buraxmalıdır.

"İlna" agentliyinin məlumatına görə, Mehmanpərəst mətbuat konfransındakı çıxışında bildirib ki, Şordun azadlığa buraxılması, "Fitr bayramı münasibətilə, islami mərhəmət və qadınların hüquqlarına hörmətlə yanaşmaq" üzrə həyata keçirildi və ABŞ-dan da eyni addımı atmaq və orada həbsdəki səkkiz iranlını azadlığa buraxmaq istənildi.

Bir il bundan əvvəl İran - İraq sərhədində Amerika vətəndaşları olan Şin Baver, Coşua Fetal və Sara Şord həbs ediliblər. Onlar İran sərhədini qanunsuz keçməkdə və casusluqda günahlandırılıblar. Bu barədə rəsmi Tehran məlumat verib. Lakin ABŞ bəyan edir ki, saxlanılanlar sərhədi təsadüfən keçən alpinistlər və səyyahlardır.

Bundan əvvəl İran Kəşfiyyat Xidmətinin rəisi Heydər Moslehi deyib ki, saxlanılan amerikalılar ABŞ həbsxanalarında olan İran vətəndaşları ilə dəyişdirilə bilərlər. Mayın sonlarında İran hakimiyyəti həbs olunan amerikalıların analarının öz övladları ilə görüşmələrinə imkan verib.

Sara Şord 500 min dollar girov qoymaqla, sentyabrın 14-də azadlığa buraxılıb

Xəbər lenti

Xəbər lenti