...

İranda zəlzələ baş verib

Dünya xəbərləri Materials 27 İyun 2012 09:39 (UTC +04:00)
İranın Həmədan əyalətinin Həmədan və Nəhavənd şəhərlərində Rixter cədvəli üzrə 4,6 bal gücündə zəlzələ baş verib.
İranda zəlzələ baş verib

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir T.Cəfərov/

İranın Həmədan əyalətinin Həmədan və Nəhavənd şəhərlərində Rixter cədvəli üzrə 4,6 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytına istinadən məlumat verir.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla saat 06:55-də baş verdiyini bildirib.

Zəlzələ nəticəsində dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti