Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir A.Tağıyeva/
Türkiyənin Diyarbəkir əyalətində təhlükəsizlik qüvvələri 29 ton narkotik maddə aşkarlayıb. Bu barədə Trend cümə günü "TRT Haber" telekanalına istinadən məlumat verir.
Məlumata görə, narkotik vasitələr terrorçu Kürd Fəhlə Partiyasına (PKK) məxsusdur. PKK Türkiyə ərazisində terror aktlarının maliyyələşdirilməsi üçün nakotik vasitələrin satışı ilə məşğul olub.
Fakt üzrə cinayət işi qaldırılıb.