...

ABŞ-ın Ermənistandakı səfirliyi vətəndaş cəmiyyətinin fəallarına edilən hücumu pisləyir

Dünya xəbərləri Materials 12 Sentyabr 2013 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend /

ABŞ səfirliyi bu il avqustun 22-dən başlayan ABŞ vətəndaşı da daxil olmaqla, vətəndaş cəmiyyəti fəallarına olan hücumu pisləyir. Trend-in məlumatına görə, bu barədə "Armenia Today" saytı ABŞ-ın Ermənistandakı səfirliyinin vətəndaş cəmiyyəti fəallarına edilən hücumla bağlı bəyanatına istinadən bildirib.

Bəyanatda deyilir: "Sentyabrın 5-də edilən sonuncu hücum nəticəsində iki nəfər amansızcasına döyülüb. Nəticədə onlar xəstəxanaya çatdırılıb və orada onlardan biri üzərində cərrahiyyə əməliyyatı aparılıb. Hücumlarla yanaşı fəalların izlənməsi, hədələnməsi və qorxudulması barədə xeyli sayda məlumat olub".

Səfirlik Ermənistan hökumətini təxirəsalınmaz tədbirlər görməyə, bu hücumları pisləməyə, araşdırma aparmağa və günahkarları cəzalandırmağa çağırır.

Bəyanatda bildirilir: "Dövlət vətəndaşlara qorxmadan toplaşmaq, fikrini ifadə etmək və azad söz demək kimi fundamental hüquqlarla bağlı zəmanət verməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti