...

"Transparency International": Korrupsiya Ermənistanın sistemli probleminə çevrilib

Dünya xəbərləri Materials 1 May 2016 04:44 (UTC +04:00)
Korrupsiya riskləri Ermənistanda kifayət qədər böyükdür.
"Transparency International": Korrupsiya Ermənistanın sistemli probleminə çevrilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Korrupsiya riskləri Ermənistanda kifayət qədər böyükdür.

Trend-in 1in.am saytına istinadən verdiyi məlumaya əsasən, bunu "Transparency International" antikorrupsiya ictimai təşkilatının, o cümlədən digər erməni və beynəlxalq təşkilatlarının məruzələri sübut edir.

"Transparency International"ın icraçı direktoru Varujan Oktanyan qeyd edib ki, 2003-2011-ci illər ərzində Ermənistanın korrupsiya indeksi 0-10 şkalası üzrə 3 civarında tərəddüd keçirib, və bu kifayət qədər mənfi göstəricidir. 2012-ci ildən başlayaraq, korrupsiya indeksi 0-100 şkalası üzrə qiymətləndirilməyə başlanıldı və o, 35 civarında tərəddüd keçirirdi. Bu da onu sübut edir ki, korrupsiya Ermənistanın sistemli problemidir.

Oktanyan qeyd edir ki, korrupsiyaya qarşı mübarizə Ermənistanda səmərəsizdir, çünki bunun üçün siyasi iradə yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti