Bakı. Trend:
Kanadanın Toronto şəhərinin yaxınlığında güclü qar səbəbindən 100-dən çox avtpmobil toqquşub.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, qəza baş vermiş şossedə iki istiqamətdə də hərəkət dayanıb.
Bildirilir ki, yol nəqliyyat hadisəsinin iştirakçıları ciddi xəsarət almayıb, amma onların çoxu xəstəxanaya aparılıb.