...

Rusiya tankçıları Ermənistanda təlim keçəcəklər

Dünya xəbərləri Materials 26 Oktyabr 2017 10:46 (UTC +04:00)

Bakı. Trend:

Rusiya hərbçiləri Ermənistan dağlarında təlim keçəcəklər.

Trend-in məlumatına görə, Cənub hərbi dairəsinin Rusiya hərbi bazasının tank bölmələrinin hərbi qulluqçuları Ermənistanda yay dövründə yekun yoxlamalar çərçivəsində "tank dueli" keçirəcəklər.

Oktyabrın 27-dək davam edəcək yoxlamaların gedişində T-72B tank ekipajları "Alaqyaz" yüksək dağlıq poliqonunda şərti düşmənin canlı qüvvəsini və zirehli hərbi vasitələrini məhv edəcəklər.

Təlimlərə Rusiya tank bölmələrinin təqribən 100 hərbi qulluqçusu və 30-dan çox hərbi texnikası cəlb olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti