Bakı. Trend:
ABŞ prezidentı Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Trend-in məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov xəbər yayıb.
Mətbuat katibi telefon söhbəti zamanı Suriyadakı vəziyyətin müzakirə edildiyini bildirib.
D.Peskov deyib: "Danışıq zamanı siyasi nizamlanma dönəmində Suriyada qarşılıqlı fəaliyyətin mühümlüyü qeyd edilib. Başqa heç nə deyə bilmərəm".