...

İki yol qəzasında 14 nəfər ölüb

Dünya xəbərləri Materials 11 Dekabr 2017 11:08 (UTC +04:00)
Hindistanda son sutka ərzində iki yol qəzası nəticəsində 14 nəfər ölüb.
İki yol qəzasında 14 nəfər ölüb

Bakı. Trend:

Hindistanın şimalında, Uttar-Pradeş ştatında son sutka ərzində iki yol qəzası nəticəsində 14 nəfər ölüb.

Trend-in məlumatına görə, qəzalardan biri bu gün Mizrapur rayonunda qeydə alınıb. Yük avtomobilinin traktorla toqquşması nəticəsində 10 nəfər ölüb, 12 nəfər ağır xəsarət alıb.

Daha bir yol-nəqliyyat hadisəsi Mathura şəhərində baş verib. Burada toy mərasiminə gedən minik avtomobili avtobusla toqquşub, nəticədə 4 nəfər hadisə yerində həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti