...

İstanbulda ƏMƏLİYYAT - 11 terrorçu saxlanıldı, qaçmış 2 qadını isə axtarırlar

Dünya xəbərləri Materials 8 Noyabr 2018 10:09 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulun 3 rayonunda İŞİD terror təşkilatına qarşı xüsusi əməliyyat keçirilib. Trend-in məlumatına görə, əməliyyat çərçivəsində 11 nəfərin saxlanıldığı bildirilir.

Hazırda əməliyyat zamanı polisdən qaçmağa müvəffəq olmuş 2 qadının axtarışları aparılır.

Saxlanılanların kimliyi açıqlanmır.

Qeyd edək ki, noyabrın 5-də Türkiyənin 11 vilayətində İŞİD-ə qarşı aparılmış son əməliyyat çərçivəsində 24 nəfər saxlanılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti