...

Nepalda avtobus çaya düşüb: 5 nəfər həlak olub

Dünya xəbərləri Materials 19 May 2019 18:35 (UTC +04:00)

Bakı. Trend:

Nepalda sərnişin avtobusunun çaya düşməsi nəticəsində beş nəfər həlak olub, 29 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Himalayan Times" qəzeti yazıb.

Məlumata əsasən, avtobus bu gün səhər saatlarında Dhadinq rayonunda Trisuli çayına düşüb.

Xatırladaq ki, 4 sərnişin yerində həlak olub, bir nəfər isə aldığı yaralardan xəstəxanada dünyasını dəyişib.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti