...

Avstraliyada toyuq yumurtası boyüklüyündə dolu yağıb

Maraqlı Materials 18 Noyabr 2019 07:15 (UTC +04:00)
Avstraliyanın Kvinslend şəhərində toyuq yumurtası boyüklüyündə dolu yağıb və maşınların, evlərin və müəssisələrin şüşələrini sındırıb
Avstraliyada toyuq yumurtası boyüklüyündə dolu yağıb

Bakı. Trend:

Avstraliyanın Kvinslend şəhərində toyuq yumurtası boyüklüyündə dolu yağıb və maşınların, evlərin və müəssisələrin şüşələrini sındırıb.

Trend-in məlumatına görə, Qrimpi şəhərindən Brisbenin cənubuna qədər yaşayış məntəqələri üçün "nəhəng dolu və dağıdıcı küləklər" barədə xəbərdarlıq edilmişdir. Oxşar hava şəraiti ilə Kvinslendin cənubundakı Sanşayn-Kost bölgəsinin sakinləri qarşılaşıblar. Eyni zamanda, ştatın digər bölgələrində saniyədə 16 metrə qədər güclü külək qeyd edilib.

Verilən məlumata görə 20000-dən çox əhali elektriksiz qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti