...

İranda daha 71 koronavirusdan ölüb

Dünya xəbərləri Materials 14 May 2020 13:48 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində daha 71 koronavirusdan (COVID-19) ölüb.

Bu barədə Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpurun sözlərinə görə, İranda indiyədək bu virusdan 6 854 nəfərin ölməsi öz təsdiqini tapıb.

Nazirlik rəsmisi əlavə edib ki, ötən 24 saat ərzində daha 1 808 nəfərin koronavirusa yoluxması ilə indiyədək bu virusa yoluxanların sayı 114 533 nəfərə çatıb. Virus daşıyıcılarından 2 758 nəfərin vəziyyəti ağırdır.

Cahanpur ölkədə indiyədək 90 539 nəfərin koronavirusdan sağaldığını deyib. İranda koronavirus diaqnozu ilə əlaqədar 643 mindən çox test həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti