...

Rusiyada daha 169 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 4 İyun 2020 12:18 (UTC +04:00)
Rusiyada daha 169 nəfər koronavirusdan ölüb

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxma göstəriciləri artmaqdadır.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 8 831 nəfər virusa yoluxub, 169 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 441 108 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 5 384 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 204 623 nəfər virusdan sağalıb, 231 101 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti