Bakı. Trend:
Cənubi Qafqazda son sutka ərzində 814 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. Ermənistan yoluxanların gündəlik artımında liderdir. Burada COVID-19-a yoluxma 415 xəstədə təsdiq edilib.
Trend-in məlumatına görə, ölümlərin sayına görə də ölkə liderdir, orada sutka ərzində 10 yoluxan insan vəfat edib.
İyulun 19-u üçün ölkədə 34.877 yoluxma halı təsdiqlənib, pandemiya zamanı 23 294 xəstə sağalıb.
Ermənistan 100 min əhaliyə düşən yoluxanların sayına görə Cənubi Qafqaz ölkələri arasında liderdir. Ölkədə bu rəqəm 1 177 88 nəfər təşkil edir.