Bakı. Trend:
ABŞ-ın Merilend Universitetinin Tibb Mərkəzində ilk dəfə olaraq 57 yaşlı Devid Bennettə geni dəyişdirilmiş donuzun ürəyi uğurla transplantasiya edilib.
Trend xəbər verir ki, bu barədə Universitetin rəsmi saytında bildirilir.
Qeyd olunur ki, sağalmaz ürək xəstəliyi olan 57 yaşlı xəstəyə ilk dəfə olaraq geni dəyişdirilmiş donuz ürəyi uğurla transplantasiya edilib. Əməliyatdan üç gün sonra pasient özünü normal hiss edir.
"Bu transplantasiya ilk dəfə göstərdi ki, geni dəyişdirilmiş heyvan ürəyi bədən tərəfindən rədd edilmədən fəaliyyət göstərə bilər", - deyə məlumatda bildirilir.
Pasient yaxın həftələrdə ciddi tibbi nəzarət altında olacaq. Devid Bennette ABŞ-ın bir sıra aparıcı transplant mərkəzlərində klassik əməliyyat olunmaqdan imtina edilib, eksperimental prosedur onun həyatda qalmaq üçün son şansı olub.