...

Yaponiya strateji ehtiyatlarından 15 milyon barel nefti satışa çıxaracaq

Dünya xəbərləri Materials 7 Aprel 2022 15:58 (UTC +04:00)
Yaponiya strateji ehtiyatlarından 15 milyon barel nefti satışa çıxaracaq
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiya dünya neft bazarında qiymətlərin sabitləşdirilməsi məqsədilə öz strateji ehtiyatlarından 15 milyon barel nefti satışa çıxaracaq.

Trend-in məlumatına görə, bunu ölkənin baş naziri Fumio Kisida deyib.

O bildirib ki, bu rəqəm, Yaponiyanın Beynəlxalq Enerji Agentliyi (BEA) ilə əməkdaşlıq çərçivəsində strateji ehtiyatlardan buraxacağı ən böyük həcm olacaq.

Qeyd edək ki, BEA üzv ölkələri öz strateji ehtiyatlarından ümumilikdə 120 milyon barel nefti satışa çıxarmaq barədə razılıq əldə edib. Bu həcmin yarısını, təxminən 60 milyon bareli ABŞ bazara buraxacaq.

BEA-nın fəaliyyəti müddətində bu cür qərar dörd dəfə, 1991, 2005, 2011 və 2022-ci il martın 1-də qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti