...

İsraildə dron sərnişin təyyarəsinin enişinə mane olub

Dünya xəbərləri Materials 27 Avqust 2022 17:56 (UTC +04:00)
İsraildə dron sərnişin təyyarəsinin enişinə mane olub
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin Ben Qurion hava limanında naməlum dron ABŞ-ın "United Airlines" aviaşirkətinin təyyarəsinin enişinin ləngiməsinə səbəb olub.

Trend-in məlumatına görə, hava limanının üzərində dronun görünməsi ilə əlaqədar təyyarə bir neçə planlaşdırılmamış dövrə vurmalı olub.

Yalnız dron gözdən itdikdən sonra təyyarə 28 dəqiqə gecikmə ilə təhlükəsiz eniş edə bilib.

Təyyarə ABŞ-ın Nyuark şəhərindən yola düşüb, insident nəticəsində hər hansı bir fəsad qeydə alınmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti