Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Cozef Baydenə növbəti təhlükəsizlik sahəsində yardım paketinə görə təşəkkür edib.
Trend xəbər verir ki, bu barədə V.Zelenski özünün "Twitter" səhifəsində yazıb.
"ABŞ prezidenti Cozef Baydenə növbəti təhlükəsizlik sahəsində yardım paketinə və Ukraynaya davamlı dəstəyinə görə minnətdarıq <...>", - deyə Ukrayna Prezidenti bildirib.