...

Filippində daşqınlar nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb

Dünya xəbərləri Materials 31 Dekabr 2022 08:26 (UTC +04:00)
Filippində daşqınlar nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb

Bakı. Trend:

Filippində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 46 nəfər ölüb, 28 nəfər itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə Filippinin Risklərin qarşısının alınması və təbii fəlakətlərin aradan qaldırılması üzrə Milli Şurasının məlumatında qeyd olunub.

Daşqınlar respublikanın 10 rayonunda 517,8 mindən çox insanın həyatına təsir edib. 56,8 min insan təxliyyə məntəqələrindədir.

Təbii fəlakət 4,5 min evə ziyan vurub. 22 yaşayış məntəqəsində fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti