...

Misir və Suriya diplomatik münasibətləri bərpa etmək üçün danışıqlar aparır

Dünya xəbərləri Materials 2 Aprel 2023 06:26 (UTC +04:00)
Misir və Suriya diplomatik münasibətləri bərpa etmək üçün danışıqlar aparır

Bakı. Trend:

Misir və Suriya 10 ildən çox fasilədən sonra diplomatik münasibətlərin tam bərpasına dair ilkin danışıqlar aparır.

Trend xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə Suriya lideri Bəşər Əsəd apreldə görüşə bilərlər. Bu, bu il aprelin 21-dək davam edəcək Ramazan ayı bitdikdən sonra baş verə bilər.

Xatırladaq ki, ötən gün Suriyanın xarici işlər naziri Feysəl Mikdad 2011-ci ilin yazından bəri ilk dəfə Qahirəyə işgüzar səfər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti