...

Türkiyə ilə İordaniya əməkdaşlığı bölgədə təhlükəsizlik üçün əhəmiyyətlidir - Hakan Fidan

Dünya xəbərləri Materials 4 İyul 2023 14:18 (UTC +04:00)
Türkiyə ilə İordaniya əməkdaşlığı bölgədə təhlükəsizlik üçün əhəmiyyətlidir - Hakan Fidan

Bakı. Trend:

Türkiyə və İordaniya əməkdaşlığı bölgədə təhlükəsizlik üçün vacibdir.

Trend TurkicWorld-a istinadla xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Hakan Fidan İordaniya baş nazirinin müavini Ayman Safadi ilə birgə mətbuat konfransında açıqlamasında deyib.

"Günahsız fələstinlilərə qarşı hücumlar ən qısa zamanda dayandırılmalıdır. Dünən Nazirliyimizin bəyanatında da qeyd etdiyimiz kimi, bu hücumları pisləyirik. Türkiyə və İordaniya olaraq bölgədə sülhün təmin edilməsi üçün səylərimizi davam etdirəcəyik", - deyə o əlavə edib.

H.Fidan onu da bildirib ki, Türkiyənin xəbərdarlıqlarına baxmayaraq, Stokholmda Qurani-Kərimin yandırılması qəbuledilməzdir.

Xatırladaq ki, iyunun 28-də İsveçdə Qurban bayramının ilk günü polis əməkdaşlarının qoruması altında Quranın yandırıldığı təxribat xarakterli aksiya həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti