...

Bu ölkədə hava şəraiti ilə əlaqədar olaraq məktəb tətilləri uzadılıb

Dünya xəbərləri Materials 8 Yanvar 2024 18:43 (UTC +04:00)
Bu ölkədə hava şəraiti ilə əlaqədar olaraq məktəb tətilləri uzadılıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Moldovanın paytaxtı Kişinyovda güclü qar səbəbindən məktəblərdə və uşaq bağçalarında tətil müddəti 2 gün uzadılıb.

Trend xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Komissiyası qərar verib.

Kişinyov meri İon Çebanın sədrliyi altında komissiyanın iclasında həmçinin, qarın və buzun təmizlənməsi ilə məşğul olan xidmətlər istisna olmaqla, dövlət müəssisələrinin fəaliyyətini dayandırmaq barədə qərar qəbul olunub.

Bundan başqa, texniki xidmətlə məşğul olan nəqliyyat vasitələri istisna olmaqla, ictimai nəqliyyatın hərəkəti saat 16:00-dək məhdudlaşdırılıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti