...

Yaponiyada bu səbəbdən 120-yə yaxın insan xəstəxanaya yerləşdirildi

Dünya xəbərləri Materials 6 Fevral 2024 20:35 (UTC +04:00)
Yaponiyada bu səbəbdən 120-yə yaxın insan xəstəxanaya yerləşdirildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tokioya yağan güclü qar səbəbindən 120-yə yaxın insan təcili xəstəxanaya yerləşdirilib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə təcili yardım xidmətini idarə edən Tokio Yanğından Mühafizə İdarəsi məlumat yayıb.

Məlumata görə, xəsarət alanların əksəriyyəti yolların buz bağlaması səbəbindən yıxılma nəticəsində baş verib. Xəsarət alanların yaşı 4 ilə 92 arasında dəyişir.

Bundan əlavə, Saytama, Kanaqava, Yamanasi və Naqano prefekturalarında 2,4 min ev təsərrüfatı elektrik enerjisi təchizatından məhrum qalıb.

Tokionun Haneda hava limanında güclü qar yağması səbəbindən 30-dan çox reys təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti