...

Rusiya və Ukrayna arasında sülh üçün əlimizdən gələni edəcəyik - Ərdoğan

Dünya xəbərləri Materials 15 Fevral 2024 14:54 (UTC +04:00)
Rusiya və Ukrayna arasında sülh üçün əlimizdən gələni edəcəyik - Ərdoğan
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Biz nəticəyönümlü çalışdıq, lakin Rusiya-Ukrayna arasında sülhü bərqərar etmək mümkün olmadı.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.

"Sadəcə buradan nəticə əldə edə bilmədiyimiz üçün gedə bilmərik. Biz sülh axtarışından əl çəkməyəcəyik. Biz sülhü təmin etmək üçün əlimizdən gələni etməyə davam edəcəyik. İndiyədək biz Rusiya-Ukrayna müharibəsində sülhə xidmət edən konkret nəticələr əldə etdik. Əsir mübadiləsindən tutmuş taxıl dəhlizinə qədər bir çox mühüm hadisələr baş verdi. Hətta bir neçə dəfə Türkiyədə tərəfləri bir araya gətirdik.

Xarici təsirlərdən azad, həll yönümlü proses idarəçiliyi ilə bunu yenidən edə və sülhün qapısını aça bilərik. Biz əvvəldən ədalətli sülhün müharibədən daha yaxşı olduğunu iddia edir və bütün addımlarımızı bu anlayışla atmağa çalışırıq. Nə qədər ki, sülh istəyirik, ora çatmağın yolunu mütləq tapacağıq" - deyə R.T.Ərdoğan əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti