...

Qəzzada atəşkəs üçün təcili addımlar atılmalıdır - Starmer

Dünya xəbərləri Materials 29 İyul 2024 06:46 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın yeni baş naziri Kir Starmer İsrail Prezidenti İsxak Hersoqa Qəzza sektorunda atəşkəsə nail olmaq üçün dərhal addımlar atılmasının zəruri olduğunu bildirib.

Trend xəbər verir ki, bu barədə iki liderin Parisdə keçirilən görüşünün nəticələrinə dair baş nazirin ofisi tərəfindən yayılan bəyanatda deyilir.

"Baş nazir bildirib ki, girovların azad edilməsi və ehtiyacı olanlara daha çox humanitar yardımın çatdırılması üçün atəşkəsə nail olmaq istiqamətində dərhal addımlar atılmalıdır", - bəyanatda qeyd olunub.

"Baş nazir İsrailin beynəlxalq hüquqa uyğun olaraq özünümüdafiə hüququnu dəstəkləməyə davam etdiyini təkrarlayıb", - sənəddə vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti